Leyla Əliyeva mükafatla təltif olundu

Leyla Əliyeva mükafatla təltif olundu
Bütün Xəbərlər
16:42 10.04.2012
1233

İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi “Ekoloji mühitin qorunmasına görə” mükafatlandırılıb

AZXEBER.COM-un məlumatına görə, aprelin 6-7-də Bakıda “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçirilib. Plimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub. Olimpiadanın keçirilməsində məqsəd ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq olub. “Ətraf mühitin mühafizəsi” Beynəlxalq layihə olimpiadası ilk dəfə 2007-ci ildə 17 ölkədən olan məktəblilərin iştirakı ilə keçirilmiş və sonrakı illərdə ənənə halını alıb. Bu il dünyanın 42 ölkəsindən 400-dək məktəbli olimpiadada iştirak etmək hüququ qazanıb. Xarici ölkələrdən olimpiadaya təqdim edilən 350 layihədən 130-u, Azərbaycandan isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadada bu il təmsil olunan ölkələr Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya, Əfqanıstan, Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, İran, Qırğızıstan, Makedoniya, Myanma, Nigeriya, Slovakiya, Tacikistan, Vyetnam, Yəmən, Somali, Anqola, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cümhuriyyəti, Misir, Monqolustan, Mozambik, Çexiya və Belçika olub. Builki olimpiadada Azərbaycan üzrə 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanılıb. Olimpiada təşkilatçıları və münsiflər heyəti bu il qaliblərin təklifi ilə təsis edilmiş “Ekoloji mühitin qorunmasına görə” Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevaya təqdim ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır