Leyla Əliyeva uşaqlar üçün xeyriyyə aksiyası keçirdi – FOTOLAR

Leyla Əliyeva uşaqlar üçün xeyriyyə aksiyası keçirdi – FOTOLAR
Bütün Xəbərlər
23:19 26.12.2012
3112

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib.

AZXEBER.COM-un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara xüsusi qayğı ilə yanaşır, hər bayram ərəfəsində onları diqqətsiz qoymur.

Bu il də nümayəndəliyin əməkdaşları ənənəyə sadiq qalaraq Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olub. Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.

Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko Fondun əməkdaşlarını səmimi salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirib. Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritko demişdir: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”. 

Akademik vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi insan idi və onun xalqlarımız arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.  Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşmüş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırmışlar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə edib. Hədiyyə səbətinə şirniyyat, təzə və quru meyvələr, çay, mürəbbə qoyulmuşdu. Mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunub.  Moskvanın bir neçə uşaq evində tərbiyə alan balacalar da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Yeni il hədiyyələrini məmnuniyyətlə qəbul etmişlər. Şaxta baba və Qar qız nümayəndəliyin əməkdaşlarının gətirdikləri hədiyyələri uşaqlara paylamışlar. Moskvanın 43 nömrəli uşaq evinin sakinləri S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorlarının ifasında “Qış nağılı” tamaşasına maraqla tamaşa edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"