Leyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLAR
SOSİAL
20:17 05.11.2025
238
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 "Gənc arıçı” ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.

Xocalı rayonunda fəaliyyət göstərən "Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda "Güllü Yaylaq” kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş "Kəlbəcər bal festivalı 2025”in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
22:08 18.06.2026
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO