Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı - AÇIQLAMA

Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
13:41 19.08.2014
1139
Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb.
ANS PRESS-in Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinə istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, bəzi KİV-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin heyətinə müraciət yayılıb.
Məlumatda Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki hesabı vasitəsi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etdiyi bildirilir. Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, xəbərdə istinad olunan Facebook sosial şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına Facebook sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə hesab yaradılıb. Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi bu ünvandadır: https://www.facebook.com/aliyevaleylaofficial”, - deyə açıqlamada bildirilir.
OXŞAR XƏBƏRLƏR