Leyla Əliyevaya Həştərxanda mükafat təqdim edildi

Leyla Əliyevaya Həştərxanda mükafat təqdim edildi
Bütün Xəbərlər
07:53 13.09.2012
1000
Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi olub.
Mərasimdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizi birləşdirir və bizim məqsədimiz hamımızı əhatə edən təbiəti qorumaqdır. Qubernator deyib: “Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşıblar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər - Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir”.
O, Həştərxanda həyata keçirilmiş layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva yüksək mükafata görə təşəkkür edərək deyib: “Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyildir. Qarşıda bizim hələ çox layihələrimiz olacaq”.
XXX
Mükafatın təqdim edilməsindən sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olub. Səhnəyə, həmçinin Azərbaycanın xalq artisti Polad Bülbüloğlu çıxıb. Onun çıxışı gurultulu alqışlarla qarşılanıb.
OXŞAR XƏBƏRLƏR