Leyla Ramazanlı "Sev məni" deyir

Leyla Ramazanlı "Sev məni" deyir
ŞOU-BİZNES
20:56 01.09.2011
2935
Yay istirahətindən yenicə dönən gənc müğənni Leyla Ramazanlı yaradıcılığına böyük enerji ilə start verib. Müğənninin Anspress-ə verdiyi məlumata görə, sentyabr ayının ilk günlərindən işə başlayacaq.Yeni yazdırdığı "Sev məni" mahnısına klip çəkdirməyi planlaşdıran müğənni klipinin çəkilişlərinə tezliklə başlayacağını deyir. Mahnının sözləri Arzu Əsədovaya, musiqisi isə İsmayıl Əsədova məxsusdur. Klip rejissor Xavər Ağamalıyevaya həvalə edilib.Leyla Ramazanlı klip çəkilişlərindən savayı, sentyabr ayında bir neçə yeni mahnılarını dinləyicilərə təqdim edəcək.
OXŞAR XƏBƏRLƏR