Dünyada olan beş gey imamından biri olan Daayiee Abdullah 71 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mütərəqqi İslam düşüncəsinə diqqət yetirən Abdullah, LGBT müsəlmanlarına məsləhətlər verər və İslam icması daxilində daha çox inklüzivliyin tərəfdarı kimi tanınırdı.
1954-cü ildə Detroitdə mühafizəkar xristian ailəsində anadan olan Abdullah, homoseksuallığını 16 yaşında ailəsinə açıqlayıb.
Təhsil almaq üçün Çinə səfər edən və burada müsəlman məktəb yoldaşları vasitəsilə İslamla tanış olan Abdullah 30 yaşında İslamı qəbul edib.
O, İslamı araşdırmaq və ərəb dilini öyrənmək üçün Misir, Suriya və İordaniyaya səfər edib.
1995-ci ildə Vaşinqtonda hüquq fakültəsini bitirərək, 2000-ci illərin əvvəllərində dini təhsilini başa çatdırmaq üçün "Virginia Ashburn Sosial Elmlər Kolleci"nə daxil olur. Lakin gey olduğu üçün o həmin kollecdən qovulur.
Həmin dövrdə o, müxtəlif tədbirlərdə çıxış etməyə və LGBT müsəlmanlarına məsləhət xidmətləri göstərməyə başlayaraq populyarlıq qazanıb.
Onu beynəlxalq şəxsiyyətə çevirən hadisə QİÇS-lə bağlı fəsadlardan dünyasını dəyişən, cənazə namazı imamlar tərəfindən qılınmayan homoseksual insanlar üçün dua etməsi və onların cənazə namazını qıldırması oldu.
O, LGBT şəxslər və müxtəlif dinlərin nümayəndələri ilə evlənmək istəyən müsəlmanlar üçün nikahlar edib.
"Gey imam” adlandırılmasından qürur duyduğunu ifadə edən Daayiee Abdullah İslamın islahat ehtiyacı olduğunu müdafiə edərək, imamlıq etdiyi LGBT əhatəli Reform Işığı Məscidində qadın və kişilərin yan-yana namaz qılmasına icazə verib.
Aysel