“LIBRAFF” jurnalistlər üçün media-tur təşkil etdi

“LIBRAFF” jurnalistlər üçün media-tur təşkil etdi
MƏDƏNİYYƏT
16:00 30.12.2019
7208
Bu gün Azərbaycanın ən böyük modern kitab mağazası olan "LIBRAFF” Mağazalar Şəbəkəsinin "Park Akademiya” filialında mətbuat nümayəndələri üçün media-tur, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tur zamanı məlumat verilib ki, 2017-ci ilin əvvəlində fəaliyyətə başlayan "LIBRAFF”ın hazırda Bakıda 6 filialı, Gəncədə isə 1 filialı kitabsevərlərin xidmətindədir. 2020-ci ildə isə filialların sayının artırılması, bu istiqamətdə əsasən regionlarda mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub. 

Bayram tədbirində çıxış edən "LIBRAFF” Mağazalar Şəbəkəsinin direktoru, tanınmış aparıcı Cəlalə Nəzəroğlu bayramlar münasibətilə media mənsublarını təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. Əlavə etdi ki, "Libraff” Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkanı oldu. "Bu mədəniyyəti qoruyub sonrakı nəsillərə ötürmək bizim əsas missiyalarımızdan biridir. Daim bzimlə qalmağınızı arzu edərək hər birinizə öz təşəkkürümü bildirirəm.
 
Növbəti ildən "Libraff” mağazalar şəbəkəsinin mətbu orqanı olan jurnalımız nəşrə başlayacaq. "Libraff”ın fəaliyyətində müxtəlif istiqamətli və səpkili kitablar əsas yer tutduğuna görə, oxucularımız jurnalımızda daim Azərbaycan, ingilis və rus dillərində olan bestsellerlər, peşəyönümlü kitablar və təbii olaraq, mağazalarımıza daxil olan yeni kitablar haqqında məlumat əldə edəcəklər”.

Mərasimdə bir sıra mətbu orqanlarının nümayəndələri çıxış edərək, dəvətə və xoş münasibətə görə "LIBRAFF” Mağazalar Şəbəkəsinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda "LIBRAFF” adından müxtəlif hədiyyələr, endirim kartları təqdim olundu, belə bir tədbirlərin davamlı olacağı diqqətə çatdırıldı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır