Liderlərin qarşıdurması

Liderlərin qarşıdurması
İDMAN
11:31 27.09.2013
1195
Bu həftə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçiriləcək.Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun mərkəzi qarşılaşması “Neftçi” və “Qarabağ” arasında olacaq.
Lakin turun açılış matçı da böyük maraqla gözlənilir. Hansı ki, Lənkəranda cari mövsümün iki uğursuz komandası - “Xəzər Lənkəran”la “İnter” üz-üzə gələcək. Çempionatda 25-ci duelə çıxacaq komandaların oyunlarının yarıdan çoxu heç-heçə başa çatıb. Tərəflər indiyə qədər 13 dəfə meydanı 1 xalla tərk ediblər. Qələbə sayında isə “İnter” daha üstündür - 7. Cəmi dörd qələbəsi olan “Xəzər Lənkəran” son 3 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. Bu üzdən də “Fırtınalar meydanı”ndakı oyuna maraq az deyil. Oyuna marağı artıran əsas məqamlardan biri də yuxarıda qeyd etdiyimiz kimi, hər iki klubun yeni mövsümə çox pis start verməsidir. “İnter” geridə qalan turlarda cəmi 4 xal toplaya bilib və hələ də aşkar autsayder təsiri bağışlayır. Con Toşakın komandası isə son turlarda “Bakı” və AZAL üzərindəki qələbələrlə bir qədər özünə gəlib. İndi cənubluların bu uğurlu seriyanı davam etdirib-etdirməyəcəyi maraq doğurur.
Şənbə günü iki görüş keçiriləcək. Son turlarda uğursuzluqla üzləşən “Bakı” “Sumqayıt”ı qəbul edəcək. 5-ci duel ərəfəsində “Bakı” cüzi üstünlüyə malikdir. Bu komanda iki qələbə qazandığı halda, bir dəfə də məğlub olub. Daha bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Bakılılar ötən mövsüm bu rəqiblə görüşlərdə qələbə qazana bilməyiblər. Sözügedən komandaların oyunlarında tərəflərdən heç biri 1 qarşılaşmada 1-dən artıq qol vurmayıb. Bütövlükdə isə, top fərqi “Bakı”nın xeyrinədir – 3:2. “Sumqayıt” son turda “Neftçi”dən xal almaqla favoritlər üçün asan yem olmadığını isbatlasa da, hər halda “zolaqlılar”ın bu rəqiblə oyunda xal itirmək ehtimalı o qədər də yüksək qiymətləndirilmir.
Turun ən maraqla gözlənilən oyunu isə “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək. “Neftçi” buna qədər 52 dəfə qarşılaşdığı “Qarabağ”la görüşlərdə üstünlüyə malikdir. Paytaxt klubu 17 qələbə qazandığı halda, Ağdam təmsilçisi 15 dəfə meydanı 3 xalla tərk edib. 20 qarşılaşmada isə tərəflər meydanı sülhlə tərk ediblər. Ağdamlılar son 5 matçda meydanı qolsuz tərk etmirlər. Bütövlükdə top fərqi “Neftçi”nin xeyrinədir - 51-44. Hazırda çempionatımızın ən güclü komandalarından sayılan “Neftçi” ilə “Qarabağ” bütün Azərbaycan birinciliklərində çıxış etmiş yeganə klublardır. Bu üzdən sözügedən komandaların duellərinə Azərbaycan derbisi adının verilməsi də təsadüfi deyil. Hər iki komandanın eyni xala malik olması da görüşə marağı artıran amillərdəndir.
Bazar günü “Simurq” “Qəbələ” ilə üz-üzə gələcək. Zaqatala şəhər stadionundakı yenidənqurma işləri hələ də başa çatmadığından Georgi Çixradzenin komandası rəqibini Bakıda qəbul edəcək. Bir sözlə, hər iki komanda neytral meydanda oyun keçirmiş olacaq. “Simurq” “Qəbələ” ilə əvvəlki 18 görüşdə top fərqində geri olsa da (17-18), qələbə sayında öndədir - 7-6. Daha beş qarşılaşmada komandalar heç-heçəyə razılaşıblar. Zaqatala təmsilçisi həm də son 4 görüşdə uduzmayıb. Amma “Qəbələ” hazırda vahid liderdi. Yuri Syominin komandası zirvədəki yerini qorumaq üçün “səfər” matçından mütləq qalib ayrılmağa çalışacaq. Amma “Simurq” da liderlərdən çox aralanmamaq üçün xal və ya xallar qazanmaq arzusundadı.
Turun qapanış matçında isə iki paytaxt klubu - “Rəvan”la AZAL qarşılaşacaq. “Aslanlar” 9-cu paytaxt derbisinə cüzi üstünlüklə çıxacaq. Bu komanda 4 dəfə qalib gəldiyi halda, “təyyarəçilər”in hesabında 3 qələbə var. Daha bir görüşdə heç-heçə qeydə alıbı. AZAL son 2 görüşdə rəqibinə qalib gəlib. “Rəvan” isə əvvəlki qarşılaşmaların heç birini qolsuz tərk etməyib. Elə top fərqi də məhz “aslanlar”ın xeyrinədi – 15:14. Vaqif Sadıqovun komandası son turlarda məğlub olduğundan növbəti dəfə eyni uğursuzluğun təkrarlanmamasına çalışacaq. Amma “Rəvan”ın da işləri yaxşı getmir və sonuncu pillədə olan bu komanda uğursuz gedişata son qoymaq üçün əlindən gələni edəcək.
Azərbaycan Premyer Liqası
8-ci tur27 sentyabr (cümə)
19:00. Xəzər Lənkəran – İnter
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran şəhər stadionu.
28 sentyabr (şənbə)
16:00. Bakı – Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
19:00. Neftçi – Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena” stadionu.
29 sentyabr (bazar)
18:00. Simurq – Qəbələ
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “Şəfa” stadionu.
19:00. Rəvan – AZAL
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bayıl Arena” stadionu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO