“Liderlik Etikası və Korporativ Davranış” mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

“Liderlik Etikası və Korporativ Davranış” mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
İQTİSADİYYAT
16:40 05.10.2026
122
Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış” mövzusunda peşəkar təlim keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Kavkaz Logistics”in baş sponsorluğu, "Premium Residence”in sponsorluğu ilə keçirilən təlimdə Marsol Group partnyorları, müxtəlif sahələrdə fəaliyyət göstərən rəhbərlər və peşəkarlar iştirak ediblər.

Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən aparılan təlimdə effektiv liderlik, korporativ davranış, peşəkar imic və ünsiyyət bacarıqları ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim olunub. Təlimçi 6 il Türkiyə Prezident Administrasiyasında protokol sahəsində çalışıb, 40-dan çox ölkədə və 100-dən çox beynəlxalq səfərdə rəsmi protokol fəaliyyətində iştirak edib.

Təlim çərçivəsində liderlik modelləri, menecer və lider arasındakı fərqlər, bədən dili, peşəkar imic, səlahiyyətlərin delegasiyası, stress və zamanın idarə olunması, eləcə də strateji düşüncə kimi mövzular müzakirə olunub.

İştirakçılar liderlik bacarıqlarının inkişafı, komandanın effektiv idarə olunması və korporativ mühitdə peşəkar nüfuzun formalaşdırılması ilə bağlı praktiki yanaşmalarla tanış olublar.

Təlimin sonunda tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə baş sponsor "Kavkaz Logistics”ə və sponsor "Premium Residence”ə təşəkkür plaketi təqdim olunub.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR