Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb

Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb
DÜNYA
08:00 23.10.2026
165
ABŞ, İsrail və Livan nümayəndə heyətlərinin Floridanın Tampa şəhərində keçirdiyi hərbi-texniki danışıqlar Livanın cənubundakı münaqişənin nizamlanmasında irəliləyişlə nəticələnməyib.

Bu barədə Livanın "Əl-Cədid” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Livan hərbçiləri ABŞ-nin vasitəçiliyi olmadan israilli həmkarları ilə birbaşa koordinasiyadan imtina edib və hazırkı mərhələdə birgə əməliyyat qərargahının yaradılmasına razılıq verməyiblər.

Nəticədə, İsrail qüvvələrinin çıxarılmasından sonra təhlükəsizliyə Livan ordusunun nəzarət etməsi nəzərdə tutulan "pilot zonalar” şəbəkəsinin genişləndirilməsi ilə bağlı yeni razılaşmalar əldə olunmayıb.

Tampada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahında keçirilən görüşlər zamanı İsrail "Hizbullah” silahlı qruplaşması tərksilah edilənədək Livanın cənubunda bufer zonasının saxlanılmasını tələb edib.

Livan nümayəndə heyəti isə İsrailin bombardman və atəşləri dayandırmasını, yaşayış evlərinin sökülməsinə son qoyulmasını, eləcə də sərhədyanı ərazilərdə fermerlərin zeytun məhsulunu yığmaq üçün öz torpaq sahələrinə girişinin təmin edilməsini istəyib.

Oktyabrın 20–22-də keçirilən hərbi ekspertlər səviyyəsində məsləhətləşmələr avqustun 4–5-də Romada baş tutan Livan-İsrail danışıqlarının ABŞ-nin himayəsi altında keçirilmiş yeddinci raundundan sonra ilk üçtərəfli təmaslar olub.

Livan və İsrail arasında siyasi danışıqların bərpası tarixinin İsraildə və ABŞ-də keçiriləcək seçkilərdən sonra açıqlanacağı gözlənilir.

///teleqraf///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
09:24 23.10.2026
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
09:15 23.10.2026
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Premyer Liqa: “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” “Sumqayıt”ı qəbul edir
09:07 23.10.2026
Premyer Liqa: “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” “Sumqayıt”ı qəbul edir
"Reuters": BƏƏ sahillərində tankerdən neft sızması baş verib
09:05 23.10.2026
"Reuters": BƏƏ sahillərində tankerdən neft sızması baş verib
Asiya Futbol Konfederasiyası İnfantinonu dəstəkləyəcək
08:55 23.10.2026
Asiya Futbol Konfederasiyası İnfantinonu dəstəkləyəcək
"Politico": Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb
08:44 23.10.2026
"Politico": Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:36 23.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Çində zəlzələ nəticəsində ölən və yaralananlar sayı açıqlandı
08:30 23.10.2026
Çində zəlzələ nəticəsində ölən və yaralananlar sayı açıqlandı
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
08:23 23.10.2026
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Ər-Riyadda bir neçə partlayış baş verib
08:16 23.10.2026
Ər-Riyadda bir neçə partlayış baş verib
İsrail ordusu seçkilərdən əvvəl İrana zərbə endirməyi zəruri hesab etmir
08:06 23.10.2026
İsrail ordusu seçkilərdən əvvəl İrana zərbə endirməyi zəruri hesab etmir
Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb
08:00 23.10.2026
Livanın cənubundakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmayıb
Bu ölkə "Ostin" fırtınasına hazırlaşır
07:53 23.10.2026
Bu ölkə "Ostin" fırtınasına hazırlaşır
Robert Koçaryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası başa çatıb
07:43 23.10.2026
Robert Koçaryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası başa çatıb
ABŞ bu ölkəyə qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır
07:33 23.10.2026
ABŞ bu ölkəyə qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır
Trampın kürəkəni iddiaları təkzib edib
07:23 23.10.2026
Trampın kürəkəni iddiaları təkzib edib