Liviyanın paytaxtı Tripolinin şərqində yerləşən Əl-Cədid həbsxanasından məhbuslar qaçıb.
Bu barədə "Al Jazeera” telekanalı məlumat yayıb.
Paytaxtın əyalət polisinin verdiyi açıqlamaya görə, qaçan məhbusların əksəriyyəti ağır cinayətlərə görə məhkum edilənlərdir.
Liviya paytaxtının azı üç bələdiyyəsi də atışma səbəbindən təhsil müəssisələrində dərsləri və imtahanları dayandırıb.
/Report