Liviyanın hava məkanı açıldı

Liviyanın hava məkanı açıldı
Bütün Xəbərlər
11:12 14.10.2011
1476
Liviyanın uçuşa bağlı olan hava məkanı qismən açılıb. AZXEBER.com Qərb mətbuatına istinadən bildirir  ki, Liviya Milli Keçid Şurasının Nəqliyyat naziri Ənvər Əl Feyturi bu haqda  məlumat verib. Onun sözlərinə görə, hava sahəsinin bir hissəsi ticarət uçuşları məqsədilə açılıb.
Qərarın Maltada nəqliyyat naziri və NATO rəsmiləri arasında bu gün keçiriləcək görüşdə təsdiqlənəcəyi bildirilir.
BMT Təhlükəsizlik Şurası  martın 17-də qəbul edilən 1973 saylı qərarla Liviya hava məkanıni uçuşa qapalı zona elan etmişdi.
OXŞAR XƏBƏRLƏR