Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb

Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb
DÜNYA
09:11 13.05.2025
333
Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Liviyanın "Libya Press” agentliyinin verdiyi məlumata görə, Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb.

"[Daxili İşlər Nazirliyi] Misrata Briqadasının dəstəklədiyi 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırır”, - Nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, toqquşmalar Liviya Prezident Şurasına tabe olan Sabitlik Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
OXŞAR XƏBƏRLƏR