“Liviyanın normal vəziyyətə gətirilməsi üçün ən azından 10 il vaxt lazımdır”. AZXEBER.COM-un verdiyi xəbərə görə, bu sözləri Liviyanın təhlükəsizlik qüvvələrinin rəhbəri Əhməd Cəhani deyib. Liviyanın müharibədən əvvəlki infrastrukturunun bərbad vəziyyyətdə olduğunu qeyd edən Əhməd Cəhani, bunun üçün beynəlxalq dəstəyə ehtiyacları olduğunu da gizlətməyib. Əhməd Cəhani, ilkin prioritetlərinin Liviyanın xaricdə olan 100 milyard dollarlıq pullarının qaytarılması olduğunu xüsusilə vurğulayıb.