Liz Trass: İstefa verməsəydim, Marsa uçacaqdıq

Liz Trass: İstefa verməsəydim, Marsa uçacaqdıq
DÜNYA
00:58 27.10.2026
200
"Əgər istefa verməsəydim, Böyük Britaniya 2040-cı ilə qədər Marsa missiya göndərə bilərdi”.

Bunu Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass deyib.

"Britaniya kosmodromundan artıq Marsa bir neçə missiya start götürmüş olardı”, - Trass yeni kitabında baş nazir vəzifəsini qoruyub saxlasaydı, 2040-cı ildə həyatın necə olacağını təsvir edib.

Bundan əlavə, Böyük Britaniyanın keçmiş baş nazirinin fikrincə, 2040-cı ilə qədər ölkədə Avropa İttifaqının qanunvericiliyi tamamilə ləğv edilə, süni intellekt sahəsində çevik tənzimləmə rejimi tətbiq oluna və bitkoin rəsmi ödəniş vasitəsi kimi tanına bilərdi.

Liz Trass 2022-ci il sentyabrın 6-da baş nazir olub və həmin il oktyabrın 20-də istefa verib. Bununla o, krallıq tarixində bu vəzifədə ən qısa müddət qalan baş nazir olub.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR