Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı

Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı
DÜNYA
02:06 27.10.2026
144
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

Bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı deyib.

Koretski bildirib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır. Ukrayna həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.

Qeyd edək ki, ötən gün sözügedən ölkələrin saziş imzalayacağı barədə məlumat vermişdik.
 
///axar.az///
OXŞAR XƏBƏRLƏR