Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək
DÜNYA
02:49 27.10.2026
117
Rusiya Prezidenti Vladimir Putinin hökumətin yeni tərkibinə daxil olan nazirlərlə ayrıca görüş keçirmək planı yoxdur.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət üzvləri onsuz da dövlət başçısı ilə daim təmasdadırlar.

"Hələlik belə bir plan yoxdur. Orada yeni kim var ki? Hamısı Putinlə daimi əlaqədə olan şəxslərdir”, – Peskov deyib.

Kreml sözçüsü Baş nazir Mixail Mişustinin hökumət üzvlərinə uyğunlaşmaq üçün əlavə vaxt verilməyəcəyi barədə fikirlərini də xatırladıb.

"Buna görə də ayrıca görüşə ehtiyac yoxdur”, – o vurğulayıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR