İsrail hakimiyyəti Yaxın Şərqdəki münaqişələrin həllində Rusiyanın köməyinə arxalana bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinşak bildirib.
O, iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 35-ci ildönümü münasibətilə keçirilən mərasimdə qeyd edib: "İsrail uzun müddətdir davam edən və yeni regional münaqişələrin beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsaslanaraq siyasi və diplomatik həlli yolu ilə Yaxın Şərqdə davamlı sülh və sabitliyin bərqərar edilməsində həmişə bizim dəstəyimizə güvənə bilər".
Diplomat Rusiya ilə İsrail arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi üçün potensialın olduğunu vurğuladı. "Şübhəsiz ki, Rusiya-İsrail tərəfdaşlığı, obyektiv çətinliklərə və düşmənlər tərəfindən süni şəkildə yaradılan maneələrə baxmayaraq, xalqlarımızın rifahı naminə genişlənməyə və dərinləşməyə davam edəcək", - deyə o bildirib.
///teleqraf///











































