153 sərnişin olan təyyarə geri qaytarılıb

153 sərnişin olan təyyarə geri qaytarılıb
DÜNYA
02:36 27.10.2026
123
ABŞ-də sərnişinlərdən birinin təyyarəni qaçırmaqla bağlı mesajlaşması uçuşun yarımçıq dayandırılmasına səbəb olub.

Bu barədə "New York Post” nəşri məlumat yayıb.

Bildirilib ki, "United Airlines” aviaşirkətinə məxsus, Las-Veqasdan Nyuark şəhərinə uçan təyyarə təhlükəsizlik səbəbindən geri qayıtmalı olub.

Uçuş zamanı stüardessalardan biri sərnişinin telefonunda təyyarəyə nəzarətin ələ keçirilməsi ilə bağlı mesajlar yazdığını görüb. Ekipaj üzvü sərnişinlə birbaşa əlaqəyə girmədən dərhal pilotu məlumatlandırıb.

Göyərtəsində 150 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Las-Veqas hava limanına qayıdıb. Bütün sərnişinlər təxliyə edildikdən sonra hava gəmisi ətraflı yoxlanılıb.

Mesajları göndərən sərnişinin şəxsiyyəti açıqlanmayıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmanı davam etdirir.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR