Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.
Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Məlumata görə, havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərlə hava şəraitinin yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.