'Ölkədə gedən dinamik inkişaf Azərbaycana xarici ölkələrdən miqrantların axınına şərait yaradıb' - Əli Hüseynli

Bütün Xəbərlər
16:12 18.04.2013
1534

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) və Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən AHK-nin İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli tədbirin təşkilində məqsədin xarici şirkətləri “Asan xidməti” barədə məlumatlandırmaq olduğunu bildirib.

Son illər ölkədə miqrasiya sahəsində mühüm işlərin görüldüyünü deyən Ə.Hüseynli bir neçə gün öncə Miqrasiya Məcəlləsi layihəsinin Milli Məclisə təqdim olunduğunu diqqətə çatdırıb.Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev isə çıxışında qeyd edib ki, son illər ölkədə gedən dinamik inkişaf Azərbaycana xarici ölkələrdən miqrantların axınına şərait yaradıb. DMX yaxın gələcəkdə də bu prosesin davam edəcəyini gözləyir. Azərbaycanda miqrasiya sektorunda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdıran idarə rəisi, Miqrasiya Məcəlləsinin qəbulunun bu sahədə mühüm addım olacağını bildirib.Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin baş inspektoru Xəyalə Abbasova “Miqrasiya Xidməti sektorunda aparılan son qanunvericilik islahatları” mövzusunda, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin müdiri Azad Cəfərli isə “ASAN Xidmət Mərkəzində göstərilən xidmət növləri arasında Miqrasiya Xidməti barədə” mövzusunda təqdimatla çıxış edib.Tədbirdə “ASAN xidmət” və miqrasiya məsələləri ərtafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycana gələn əcnəbilərin qeydiyyatına düzəlişlər edilib. Düzəlişə əsasən, onların işə icazə almaq üçün ərizələrinə artıq ASAN xidmət baxacaq.

OXŞAR XƏBƏRLƏR