Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI - VİDEO

Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI - VİDEO
KRİMİNAL
11:44 08.07.2021
1349
"Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar iddia edir ki, guya ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir. Narkotik vasitələri və psixotrop maddələri istifadə edən şəxslərin sayının artmasını və qiymətin ucuzlaşmasını bununla əlaqələndirirlər”.

AZXEBER.COM xəbər verir ki, bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu deyib.

O bildirib ki, bununla əlaqədar keçirilən əməliyyat prosesində iddialar öz təsdiqini tapmayıb:

"DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib. Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir”.

N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır:

"Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir. Bu, DİN və hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri ilə bağlıdır. Narkokuryerlər qiymət baha olduğundan satış həyata keçirə bilmədikləri üçün narkotik vasitə ala bilmirdilər. Bu səbəbdən ölkə xaricində narkotacirlər qiymətləri süni şəkildə azaldır və onun yayılmasına süni şəkildə şərait yaradırlar.

Bundan başqa narkotik vasitə istifadə edən şəxslərin sayının artması səbəblərindən biri də sosial şəbəkələrdə narkotik vasitələrin faydalı olması barədə fikirlərin səslənməsidir”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb