Sabah və yaxın 2-3 gün ərzində ölkə ərazisində nisbətən sabit, yağmursuz hava gözlənilir. Səhər və axşam bəzi yerlərdə, o cümlədən Abşeron yarımadasında duman olacağı ehtimal olunur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanı verdiyi məlumata görə, yaxın 2-3 gün ərzində temperatur bir qədər yüksələcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 27-də nisbətən güclənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 13 dərəcəyə yaxın, gündüz 16-21 dərəcəyə qədər yüksələcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.