xari

Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!

İQTİSADİYYAT
17:07 04.03.2021
279
Unibank "Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub.
 
AZXEBER.COM xəbər verir ki, 2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.

Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bu yaxınlarda bank kartlarına xidmətin "Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsi, kart istifadəçilərinə bir çox üstünlüklər qazandırıb. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsi, ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prosessinq mərkəzi "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar və geniş xidmət təqdim edəcək. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan yaradır.

Unibank- hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR