Ölkənin ən böyük məscidi Binəqədidə tikilir - VİDEO

Ölkənin ən böyük məscidi Binəqədidə tikilir -  VİDEO
Bütün Xəbərlər
13:28 22.07.2013
2735
Komitə sədri Azərbaycanda məscidlərin azlığı ilə razılaşmmır
Ölkənin ən böyük məscidi Binəqədi rayonunda inşa edilir.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov "Facebook" sosial şəbəkəsindən ona ünvanlanan məscidlərin azlığı ilə bağlı sualla videomüsahibə ilə cavab verərkən deyib. O, məscidlərin azlığı ilə razılaşmayıb.
Azərbaycan müstəqillik qazandıqda 17 məscid var idisə, bu gün ölkədə iki minə yaxın məscid mövcuddur. 20 il ərzində ibadət edilən məscidlərin sayı 100 dəfəyədək artıb.
Onun sözlərinə görə, köhnə məscidlərin əksəriyyəti təmir edilib. Prezidentin təşəbbüsü ilə Binəqədidə inşa edilən ökənin ən böyük məscidində inşaat işləri bitəndən sonra,yaxın vaxtlarda orada ibadət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR