“Cinahı bəlli olmayan dairələrdən atılan atəşlər, zamanla ortaya çıxacaq”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik məsələləri komitəsinin üzvü Zahid Oruc ABU-nun kesmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videonu şərh edərkən söyləyib. Deputat bunun müəyyən dövr üçün nəzərdə tutulan bir layihə olduğunu söyləyib:
“Bu videolar kriminal və dələduzluq əməllərini əks etdirən görüntülərlə doludur. Amma ölkənin ictimai-siyasi həyatı hansısa bir disklə və ya “Youtube” yayımlanan video ilə dəyişə bilməz. Bu onu göstərir ki, müəyyən dövr üçün bu bir layihə kimi fəaliyyətini davam etdirəcək. Ancaq təbii ki, bu uzun sürə bilməz. Cinahı bəlli olmayan dairələrdən atılan atəşlər, zamanla ortaya çıxacaq. Bununla da əminəm ki, hakimiyyətin daha böyük imkanı olacaq ki, prosesləri dəyərləndirib ətrafında bu proseslərin içərisində olan şəxsləri cəzalandırsın və ciddi təmizləməyə gedə bilsin”.
Zahid Oruc eyni zamanda son günlər Azərbaycan ordusuna qarşı yönələn tənqidi fikirlərə də münasibət bilidirb. Onun sözlərinə görə, hazırda ordu quruculuğu ilə bağlı Azərbaycanda çoxlu işlər görülür:
“Orduyla bağlı son günlər baş verənlər əslində ciddi məsələlərdir. Unutmaq lazım deyil ki, ordu quruculuğu ilə bağlı Azərbaycanda çox ciddi islahatlar aparılıb. Bu proses təbii ki, bir ilə başa yekunlaşa bilməz. Dünyanın ən modern ölkələrin də belə ordu quruculuğu ilə bağlı işlər müəyyən müddət sonra başa çatıb. Bu mənada mənim yanaşmam belədir ki, orduya vətəndaş məktəbdən hazırlanmalıdır. Burada da xüsusi diqqət və qayğı olmalıdır. Daha sonra hərbi ombudsman yaradılmalı, Müdafiə nazirliyində qərargah ayrılmalı, Müdafiə nazirliyinin səlahiyyətlərində xeyli dəyişikliklər edilməli, ordu üzərində ictimai nəzarətin yeni mexanizmləri ortaya çıxarılmalıdır. Bu fonda ordu ilə bağlı müəyyən islahatlar aparılmalıdır”.
Əfsələddin Ağalarov