Ölkənin ilk peşəkar PR akademiyası olan “Akademi PR Akademiyası” tələbə qəbuluna başlayır. Artıq iki açıq təlimini keçirən təhsil olcağı, yeni yaranmasına baxmayaraq, yüzlərlə tələbəni cəlb etməyi bacarıb. Üç aylıq təlimlər ərzində “İctimaiyyətlə əlaqələr menecmenti” ixtisasının bütün sirrlərini tələbələrə öyrətməyi öz üzərinə götürən PR Akademiya, ödənişli təlimlərlə yanaşı həftə sonları ödənişsiz təlimlər, açıq dərslər də keçirəcək. Akademiyanı bitirən tələbələrin diplomla təmin olunacağına da Akademiya tərəfindən zəmanət verilir.
Akademi PR Akademiyası ilk açılış dərsini məhşur video blogger “Aynur Hüseynova” ilə keçirib. Tələbələrin böyük marağına səbəb olan təlimin mövzusu “Video PR” olub. Layihənin təşkilati dəstəkçilərindən olan “Kəngərli Group” tərəfindən çəkilişi aparılan təlimdə tələbələrə video vasitəsilə PR edilmə üsullarını öyrədilib.
İkinci təlimi isə Best Model of Azerbaijan “Azər Atakişiyev” tərəfindən “PR-çı modellərlə necə işləməli” mövzusunda keçirilib. Təlimlərdə gələcək PR menecerlərə PR strategiyasının təsirini gücləndirmək üçün düzgün model seçimi haqqında məlumatlar verilib. Təlimin sonunda Akademi PR Akademiyasının təşkilati dəstəkçiləri olan “High Life Fashion Model School”un tələbələri ilə Azər Atakişiyevin “Kəngərli Group” tərəfindən kiçik reklam çəkilişi edilib.
Qeyd edək ki, “Azxeber.Com” portalı Akademi PR Akademiyasının mətbuat dəstəyidir. PR Akademiyasına qəbul 1 avqust – 1 sentyabr tarixləri arasında davam edəcək. Ətraflı məlumat üçün 055 844 39 37.