“Ölmək istəmirəm, məni xilas edin” - Xanım Qafarova - FOTO

“Ölmək istəmirəm, məni xilas edin” - Xanım Qafarova - FOTO
MƏDƏNİYYƏT
15:18 08.07.2014
41791

Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti kəskin pisləşib.

AZXEBER.COM  xəbər verir ki, lent.az-ın əməkdaşı səhhəti pisləşən aktrisaya baş çəkib. Xərçəngdən əziyyət çəkən aktrisa sualları cavablandırıb:- Səhhətinizlə bağlı sual verməyim düzgün olmazdı...- Düzgün vurğuladın Yalçın. Hər dəfə deyirəm ki, yaxşıyam. Amma bu dəfə deyə bilməyəcəm. Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Yemək yeyə bilmirəm. Ayaqlarım da şişib.- Müalicələrinizin nəticə vermir?- Yox, hər gün daha da pisləşirəm. Bu gün də çox pisəm. Özünüz də görürsünüz ki, necə danışıram. Gərək Allah bu halımı sevənlərimə göstərməzdi. Axı mən həyatı sevirəm? Daim həyatla mübarizə aparmışam. Görünür indi gücüm də tükənib. Allah heç kəsə mənim günümü göstərməsin.- Bəs ev şəraitində müalicə almağınız çətin deyil ki?- Çətindir. Daha bundan o tərəfi yoxdur. Həkimlər gəlib-gedirlər. Mənə qan köçürülür ki, qanım qalxsın, amma qalxmır. Yemək də yeyə bilmirəm. Yalnız su içirəm. Artıq nə edəcəyimi də unutmuşam. On beş, iyirmi gün olar ki, hamıyla telefon əlaqəni də kəsmişəm. Televiziyalar gəlib çəkirdilər, sağ olsunlar. Amma mənə kömək edən tapılmır. Azərbaycanda olunan müalicələrim yetərsizdir. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım etmək istəyirsinizsə (050) 3581112 və 3270858 nömrələrlə əlaqə saxlayın. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır. Artıq hər an ölümü gözləyirəm. Yerimdən tərpənə bilmirəm. Qızımı da bağçaya qoymuşam ki, birdən öldüm, ölümü görüb, psixoloji travma almasın.- Sizi çox yormaq istəmirəm. Danışmağa çətinlik çəkirsiniz. Əlavə deyəcəyiniz varmı?

- Yox, əlavə sözüm yoxdur. Amma bir arzum var. Allah elə etsin ki, həyatda son anlarımı övladım görməsin. Ölmək də istəmirəm. Bunu dilim deyir, amma...Nə isə artıq danışmayım. Əlacsız olan yerdə göz yaşlarım hər şeyi deyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat