"Lokomotiv"in daha 4 futbolçusu koronavirusa yoluxdu

"Lokomotiv"in daha 4 futbolçusu koronavirusa yoluxdu
İDMAN
15:49 10.07.2020
1679
Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunda koronavirusa yoluxmuş futbolçuların sayı artmaqda davam edir. 

Bu gün daha 4 oyunçunun test nəticəsi müsbət olub.

Komandada ümumilikdə 9 futbolçu və klubun daha 3 əməkdaşında virus aşkarlanıb. 

Mütəxəssislərin fikrincə, Sofiya və Plovdivdə koronavirusa yoluxan insanların sayının artması "Lokomotiv"in MOİK-i penaltilər seriyasında məğlub etdiyi Bolqarıstan Kubokunun final matçı ilə birbaşa əlaqəlidir. Matça sosial məsafəni saxlamayan və qoruyucu maska taxmayan 12 min azarkeş qatılıb. 

Koronavirus hallarının artması səbəbindən iyulun 10-dan etibarən ölkədə bütün idman tədbirlərinin, o cümlədən futbol matçlarının tamaşaçısız keçirilməsinə qərar verilib və digər məhdudiyyətlər tətbiq olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR