‘Londonda da yolları Bakıdakı kimi illərlə təmir edirlər’ - Nigar Camal

‘Londonda da yolları Bakıdakı kimi illərlə təmir edirlər’ -  Nigar Camal
Bütün Xəbərlər
00:43 06.09.2013
1768

“Məni vətəndaşlarımızın daim hər şeydən və hər kəsdən narazı olmazı təəccübləndirir”.

Mən özüm kifayət qədər sadə ailədə doğulmuşam və heç kim məni inandıra bilməz ki, şəxsi əmək, inadkarlıq və inamla uğura nail olmaq mümkün deyil.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə “Eurovision-2011” müsabiqəsinin qalibi, heyrətamiz Nigar Camal bildirib.

“Mən insanlarımızın daha yumşaq və digərlərinin uğurlarına daha dözümlü olmalarını istəyirəm. Bir çoxları məni günahlandırmağa başlayacaqlar ki, danışmaq çox asandır, axı mən “Eurovision”un qalibi və bu gün uğurlu insanam. Bəli, bu belədir. Lakin bu gün məni və bir çoxlarını tənqid edənlər – axı siz nə üçün mənim bütün bunlara necə nail olmağım barədə düşünmürsünüz? Azərbaycanda yalnız varlı qohumları olan şəxsin uğura nail olacağı barədə fikir ağ yalandır!” – deyə, müğənni qeyd edib.

Onun sözlərinə görə, bu gün gənclərin inkişaf etmək, irəli getməyi istəməsi ona çox pis təsir edir:

“Bilirsiniz, Londonda mən bu xüsusiyyəti məhz britaniyalılarda görürdüm. Onlar aza qane olur, çoxlarının arzularının son həddi həftəsonu şəhər kənarına getmək, pabda şən kampaniya... və bu qədər! Çoxları o qədər özlərini boş buraxırlar ki, müavinətlə yaşamağı karyera qurmaqdan üstün tuturlar. Mən bunu başa düşmürəm.

Bizim vətəndaşlarımızın hər şeydən və hər kəsdən daim narazı olması da mənə pis təsir göstəri. “Yolların bütün vaxtlarda bağlı olması necə də bezdirib!”, “Bizə nə qədər əziyyət vermək olar” və nəhayət, ümumiyyətlə məni şoka salan sual: “Sizin yeni yollarınız kimə lazımdır axı?!” – bax budur, mənim bəzən xəbərlərin altından oxuduğum şərhlərin tam olmayan siyahısı belədir.

Yollar hamımıza lazımdır, bu dövltə başçısının əyləncəsi deyil və belə sadə suallara cavab vermək faktının özü məni heyran qoyur. Müqayisə üçün deyim ki, Londonda yolları Bakıdakı kimi bir neçə ay ərzində deyil, illərlə təmir edirlər! Və illərlə həmin yollar bağlı olur!

Lakin bu gün mən görürəm ki, Azərbaycan cəmiyyəti bir növ iki hissəyə “parçalanıb”: bir hissə kifayət qədər tərəqqipərvərdir, o, oxuyur, dünyanı tanıyır, öz ölkəsini daha da yaxşılaşdırmağa çalışır. İkinci hissə isə sadəcə heç bir şeyin qayğısına qalmadan yaşayır, lakin britaniyalılardan fərqli olaraq, həmin insanlarda insanı təəccübləndirən qəzəb müşahidə olunur. Axı nə üçün? Axı hər şey sizin öz əllərinizdədir! Bu gün bizim ölkəmiz oxumaq, pul qazanmaq istəyənlər üçün böyük imkanlar yaradır! Nə qədər istedadlı uşaqları dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq üçün xaricə göndərirlər! Az qala hər gün nə qədər yeni iş yerləri açılır!

Bununla yanaşı, nə qədər paradoksal olsa da, hər iki “qrupun” nümayəndələrini tez-tez bir cəhət birləşdirir: qlamur və böyük pullar haqqında arzular. İnsanların arasında sevginin olmadığı, yalnız qazanca hesablanmış, heç bir hissinin olmadığı və yalnız pula sevgiyə söykənən nikahlar – bütün bunları mən dərk edə bilmirəm. Pul yaxşı şeydir, lakin sən onu özün qazansan, bu daha yaxşı olar. Lakin bağışlayın, “havayı” yemək istəyi – bunu izah etmək qeyri-mümkündür!” – deyə, Nigar Camal bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO