ABŞ-nin Los-Anceles Beynəlxalq Hava Limanında "Delta Air Lines” və "Air Canada” aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Bildirilib ki, "Delta Air Lines”ın 7 saylı reysini həyata keçirən təyyarə uçuşdan əvvəl hərəkət edərkən onun sol qanadının ucu "Air Canada”nın 785 saylı reysini yerinə yetirən təyyarənin üfüqi stabilizatoruna toxunub.
Hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.
Hadisənin səbəbləri FAA tərəfindən araşdırılır.
///teleqraf///











































