ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.
Zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb.
Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
///apa.az











































