"LUKOYL-Azərbaycan" dəhşətli partlayışla bağlı - AÇIQLAMA

"LUKOYL-Azərbaycan" dəhşətli partlayışla bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
18:35 14.02.2014
1258
“LUKOYL-Azərbaycan”: Partlayış baş verən yanacaqdoldurma məntəqəsi təmir-tikinti işləri ilə əlaqədar bu il yanvarın 13-dən fəaliyyətini dayandırıb
“LUKOYL-Azərbaycan” QSC şirkətə məxsus yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
Şirkətin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, fevralın 13-də “LUKOYL-Azərbaycan” QSC-yə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 6 ünvanında yerləşən 10 saylı yanacaqdoldurma məntəqəsində podratçı təşkilat tərəfindən təmir-tikinti işləri aparılarkən partlayış baş verib.
Şirkətin açıqlamasında bildirilir ki, sözügedən yanacaqdoldurma məntəqəsində təmir-tikinti işlərinin aparılması ilə əlaqədar 13 yanvar 2014-cü il tarixindən etibarən YDM fəaliyyətini dayandırıb və podratçı təşkilata təhvil verilib.
Baş verən partlayış nəticəsində podratçı təşkilatın iki işçisi həlak olub.
OXŞAR XƏBƏRLƏR