Ölümə meydan oxuyan adam - VİDEO

DÜNYA
10:30 14.11.2014
1351
Dünyanın ən məşhur kəndirbazı, amerikalı Nik Vallenda iki yeni dünya rekorduna imza atıb.AZXEBER.COM-un məlumatına görə, məşhur kəndirbaz Nik Vallenda ABŞ-ın Çikaqo şəhərində möhtəşəm şouya imza atıb.35 yaşlı kəndirbaz iki göydələn arasında gərilmiş vəziyyətdə bağlanan iplər üzərində, 206 metr yüksəklikdə heç bir təhlükəsizlik tədbiri görmədən hərəkət edib.138 metrlik məsafəni 6 dəqiqə 52 saniyəyə başa vuran kəndirbaz gözübağlı hərəkət etməsilə onu izləyənlərə qorxu dolun anlar yaşadıb.Qeyd edək ki, Nik Vallenda sirk kəndirbazları sülaləsinin nümayəndəsidir. Ötən il o, ABŞ-da 450 metr yüksəklikdə, Böyük Kanyon üzərindən çəkilmiş tros üzərində gəzən ilk insan kimi tarixə düşüb. 2012-ci ildə isə son 100 ildə kəndirlə Niaqara şəlaləsi üzərindən keçən ilk insan olub.
OXŞAR XƏBƏRLƏR