Mərhumun yaxınları onun beyninə qan sızması nəticəsində vəfat etdiyini demişdi
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından 3 il ötür. AZXEBER.COM xəbərinə görə, müğənni üç il əvvəl gecə saat 03:00 radələrində qəflətən dünyasını dəyişmişdi. Mərhumun yaxınları onun beyninə qan sızması nəticəsində vəfat etdiyini demişdi. Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). O, 1989-cu ildən musiqi ilə məşğul olmağa, 1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlamışdı. Allah rəhmət eləsin!