M. Ə. Rəsulzadənin doğum gününü necə yola verdik? - KÖŞƏ

M. Ə. Rəsulzadənin doğum gününü necə yola verdik? - KÖŞƏ
KÖŞƏ
22:30 01.02.2012
2413
Fatimə KƏRİMLİ Hər il daha doğrusu ildə üç dəfə gülünc şəkildə qeyd olunan növbəti gün arxada qaldı. Kiminin boğazdan yuxarı, kiminin ürəkdən sevdiyi Məhəmməd Əmin Rəsulzadənin 128-ci doğum günü ötdü. Həmin gün nə isə yazmaq gəlmirdi içimdən. Çoxunun boğazdan yuxarı tərifləri, şablonlaşmış sözlər ürəyimi sözlə yox, əsəblə doldurmuşdu. Saat 00:00-ı keçər-keçməz yağış kimi yağan statuslar, dayanmadan dəyişilən profil şəkilləri insana başqa nə hiss etdirər ki?Səhər açılanda öndərimin həmişə çaşıb məzarı dediyim heykəlini ziyarət etməyi planlaşdırdım. Gedib heykəlini görəcək, o heykələ “Nə yaxşı ki, doğuldun, Azərbaycanımın Günəşi!” deyəcəkdim. Amma, yenə ildə üç dəfə gördüyüm mənzərə ilə rastlaşdım. Bir topa insan və elə o qədər də müxtəlif partiya bayraqları, üstəgəl “Azadlıq” şüarı səsləndirən, mitinq ab-havası yaradanlar. Bu mənzərə ilə hər dəfə rastlaşanda eyni şeyi düşünürəm. Bu insanlar üçün Rəsulzadə kimdi? Haqqında qışqır-bağır saldıqları insanı tanıyırlar görəsən? Onun adından başqa onun haqqında nə bilirlər görəsən? Əgər bilirlərsə, onda niyə onun anım mərasimini mitinqə çevirilər? Niyə?Heç kim düşünməsin ki, mən mitinq keçirməyə etiraz edirəm. Mənim etirazım mitinqə deyil. Mənim etirazın 20 yanvar, Xocalı faciəsi, Rəsulzadənin doğum günü, ölüm günü, 28 may Respublika günü, bir sözlə imkan daxilində bütün önəmli günləri, faciə il dönümlərini mitinq vasitəsinə çevirməyə və çevirənlərədi. Etirazım, doğulduğu ev muzey deyil, baxça olan, sürgün həyatından da ağır ömür yaşayan, öləndən sonra belə vətəninə həsrət qalan Rəsulzadəyə bu sayğısızlığı edən vicdanı kasıb insanlaradı.Gün bitməmişdi, əlim ətəyimdən uzun evə qayıtdım. Facebook-u açanda bu şəkillə rastlaşdım. Təbii ki, şəkildə heç bir problem yoxdu, problem, əsl faciə şəkilin altındakı rəylərdədi.İndi hansı birinə pis olub, əsəbləşəsən? Rəsulzadəni 3 günlə məhdudlaşdıran Facebook səhifələrinəmi? Yoxsa o gündə, o şəklə səhifə reklamı rəyi yazan “Leonardo da Vinçi”yəmi?P.S. Yazıda dediyim 3 gün, 31 yanvar- M. Ə. Rəsulzadənin doğum günü, 6 mart- M. Ə. Rəsulzadənin vəfatı günü, 28 may- M. Ə. Rəsulzadənin adı ilə bağlı olan Respublika günüdür.
OXŞAR XƏBƏRLƏR