Müğənnilər "Space" telekanalının prezidentindən ölkə başçısına şikayət etdilər

ŞOU-BİZNES
11:21 13.02.2011
3275

Müraciətdə deyilir: "Cənab Prezident, son zamanlar Azərbaycanın dinamik inkişafı məhz sizin adınızla bağlıdır. Hörmətli prezident, apardığınız islahatların nəticəsidir ki, Azərbaycanın bütün sahələrində inkişaf hiss olunur. Siz Azərbaycanın mədəni irsinin formalaşmasında, Azərbaycan mədəniyyətinin dünyada tanınmasında, mədəni irsimizin qorunub saxlanılmasında çox önəmli sərəncamlara imza atmısınız. 

Mədəniyyətimizə, incəsənətimizə göstərilən bu diqqətin nəticəsidir ki, bu gün dünyanın ən böyük ölkələrində Azərbaycan mədəniyyəti barədə kifayət qədər məlumat var. İstər muğam sənətimizin dünya səviyyəsində tanıdılmasında, Dünya mədəniyyətinin inciləri sırasında Azərbaycan mədəniyyətinə məxsus olan mədəni və mənəvi mədəni abidələrimiz qəbul olunub. O cümlədən, Azərbaycan Respublikasının prezidenti kimi, siz Azərbaycanın bütün mədəni sahələrinə, teatr, kino, estrada və digər sahələrə də dəqqətinizi əsirgəmirsiz. O da bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində, kütləvi İnformasiya Vasitələrinin, xüsusilə də Televiziyaların rolu danılmazdır. 

Ancaq çox təəsüflə diqqətinizə çatdırıq ki, bəzi televiziyaların rəhbər vəsifələrində oturanlar onlara etimad olunan bu böyük tribunadan şəxsi mənfəətləri üçün istifadə edir, onlara etimad edilən vəsifələrdən şəxsi maraqları üçün sui- istifadə edirlər. Telekanllarımızda baş verən xaoslar, özbaşınalıqlar artıq ifrat dərəcəyə çatıb. 

Xüsusilə "Space" telekalında özbaşınalıq baş alıb gedir. Telekanal rəhbəri vəsifəsini sırf şəxsi münasibətlər üzərində qurub. Artıq son aylar bu barədə mətbuatda da kifayət qədər yazılar dərc olunur. Kanal rəhbəri Vaqif Mustafayev kanalı şəxsi biznesi kimi istifadə etməkdən çəkinmir. Son iki il ərzində kanalda kifayət qədər işdən azad olunanlar olub, maaşlar vaxtı vaxtında ödənilmir. Ən dəhşətlisi isə odur ki, kanalda Vaqif müəllimin qadağa qoyduğu müğənnilərin, incəsənət nümayəndələrinin sayı hər gün çoxalır. 

Vaqif Mustafayev qeyri-rəsmi münasibətdə olduğu xanım sənətçi Vüsalənin arzusu əsasında kanalda çıxış edən müğənnilərin, sənət adamların siyahısını tərtib edir. 

Cənab prezident, biz sizə olan böyük hörmətimizi nəzər alıb, Vaqif Mustafayevin telekanalda yol verdiyi çirkin əməllərini açıq şəkildə yazmaq istəmirik. Əminik ki, siz dövlət başçısı olaraq Space kanalının rəhbəri Vaqif Mustafayev barədə lazımi olan ölcünü götürəcəksiz. Demokratik bir ölkədə sənət adamlarının efirə çıxmasına qadağa qoymaq, kanalın rəhbəri vəsifəsindən sui-istifadə edərək Azərbaycan musiqisinin inkişafına, mədəniyyətimizin təbliğinə, sənətçilərin fəaliyyətinin, yaradıcılıq sahəsində inkişafına əngəl yaratmaq Azərbaycan mədəniyyətinə zərbə vurmaq deməkdir.

Hörmətli prezident, biz, aşağıda imza atan incəsənət nümayəndəri son ümüd yerini sizdə gördüyümüz üçün məktubla müraciət etməyə məcbur olduq. İnanırıq ki, Azərbaycan vətəndaşları olaraq incəsənət nümayəndəlirinin bu problemini həll etməkdə bizə kömək edəcəksiz. Sizə öncədən dərin minnətdarlığımızı bildiririk. Güman edirik ki, bu problem yaxın müddətdə həll olunacaq və kanalda adları qara siyahıya salınan, qadağan olunan sənətçilərin efirə çıxmasına şərait yaradılacaq".

1 - Xalq artisti Alim Qasımov
2 - Xalq artisti Nazpəri Dostəliyeva
3 - Xalq artisti Flora Kərimova
4 - Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu
5 - Elnur Məmmədov
6 - Nura Suri (Aynurə) 
7 - Sevda Yəhyayeva
8 - "Kristal Qrupu"
9 - Əməkdar artist Səməd Səmədov
10 - Xalq artisti Brilyant Dadaşova

Mənbə: "Yeni Nəsil" qəzeti

OXŞAR XƏBƏRLƏR