Aksiyada 50-dən artıq insan iştirak edib.
Aksiya iştirakçıları “Gənclərdən əl çəkin”, “Hesabat vaxtıdır”,”Son tələblərinizin müəllifi kimdir?”, “Növbəti xaos planını ingilislərdən aldınmı”, “Azərbaycan gəncliyi ermənilərlə sövdələşməyə gedən partiya və onun sədri ilə bir yerdə ola bilməz”, “Müsavata sağlam gənclik yox, ermənilərlə sövdələşməyə gedən satqınlar lazımdır”, “İsa Qəmbər, Dağlıq Qarabağa gedən yol mitinqlərdən yox, sabitlikdən keçir”, “İndi 1992-ci il yox, 2011-ci ildir”, “Biz qarabağlılar 90-cı illərin əvvəlinə qayıtmaq istəmirik”, “Biz AXCP-Müsavat hakimiyyətinin xalqımızın başına gətirdikləri faciələri unutmayaq” və digər şüarlar yazılan plakatlar tutublar.
Aksiya keçirilən zaman Müsavat başqanı İsa Qəmbər partiyanın qərargahına gəlib. O, piket iştirakçılarına əl edərək qərargaha daxil olub.
Aksiya iştirakçıları qəbul edilən bəyannaməni oxuyaraq onu Müsavat başqanının müavini Tofiq Yaqubluya təqdim ediblər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları aksiyanı dağıdıb. İki nəfər saxlanılıb.
Aksiyada diqqət çəkən başqa bir məqam isə iştirakçıların istifadə etdiyi səsgücləndiricinin səsini azaltmaq üçün partiyanın qərargahında mahnıların yüksək səslə oxudulması olub.