Müsavat qəzetinin yazdığına görə, İP isti yay aylarında da hakimiyyətə sürprizlər edəcək. Müxalifətin yay sürprizi isə ən müasir mübarizə üsulu sayılan flaşmoblar olacaq.
Xəbərdə deyilir ki, 19 iyunda flaşmoblardan istifadə olunması bu cür etiraz aksiyası üsulunun uğurlu alındığını ortaya çıxarıb. İP 19 iyunda sınaqdan keçirdiyi flaşmob aksiyalardan intensiv istifadə etmək qərarını verib. İyul-avqust aylarında təxminən 3-4 dəfə bu cür aksiyaların keçirilməsi planlaşdırılıb.