"Müxalifətçilər bu gün özlərini biabır elədilər”

"Müxalifətçilər bu gün özlərini biabır elədilər”
Bütün Xəbərlər
16:12 19.06.2011
1215

“Bu gün bir neçə metronun yaxınlığında razılaşdırılmamış aksiya keçirmək istəyən kiçik qrupların qarşısı alınıb. Bizim üçün heç nə çətin olmadı. Sadəcə, bu adamlar özlərini növbəti dəfə biabır elədilər. Aksiyanın ayrı-ayrı yerlərdə keçirilməsi də, elə zəifliyi ört-basdır eləmək məqsədi güdürdü” . Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.

Onun sözlərinə görə, bugünkü proses zamanı polis heç bir güc tətbiq etmədən öz işinin öhdəsindən gəlib. S. Bağırov aksiyaya cəhdlərin insanların gur olduğu yerdə edilməsinin də məhz görüntü yaratmaq mahiyyəti daşıdığını vurğulayıb.

/// qafqazinfo

OXŞAR XƏBƏRLƏR