İP üzvləri ölkədə ictimai siyasi durumu, qurumun iqtisadi islahatlar konsepsiyasını müzakirə ediblər. Müzakirələrdən sonra 20-dən artıq şəxs İctimai Palataya üzv qəbul olunub. İclasda İctimai Palatanın növbəti mitinqinin aprelin 17-nə təyin olunması ilə bağlı təklif səsləndirilib. Təklif qəbul olunub, mitinqin keçirilmə saatı İctimai Palatanın Koordinasiya Şurası tərəfindən müzakirə olunacaq. Toplantıda planlaşdırılan aksiya ilə bağlı geniş tərkibli mitinq komitəsinin yaradılması təklif olunub və komitənin tərkibinə yeni üzvlər daxil edilib.
/// APA