İzdihama qatılanlardan İctimai Palatanın təsisçiləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Əli Kərimli, Azərbaycan Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu və İP-in Koordinasiya Şurasının üzvü, yazıçı-publisist Mehriban Vəzir çıxışlar edib. Natiqlər çıxışlarında Şərqdə ilk Cümhuriyyət olan ADR-in fəaliyyətindən, nəaliyyətlərindən söhbət açıblar.
Çıxışlarda Rəsulzadə və silahdaşlarının Azərbaycan xalqına bəxş etdikləridövlət müstəqilliyinin mühüm tarixi nailiyyət olduğu vurğulanıb.
/// Yeni Musavat