40 yaşında dünyasını dəyişən şair, qəzəlxan Məşədibaba Aydəmirov sabah Maştağa qəbirstanlığında dəfn olunacaq. Qeyd edək ki, uzun illər əsəb gərginliyindən əziyyət çəkən şair ötən gün Maştağada yaşadığı evin yaxınlığında özünü yandıraraq intihar edib.
“Son zamanlar əsəb gərginliyi keçirirdi. Həyatdan küskün idi. Başqa bir problemi yox idi”, - deyə mərhumun qardaşı Müslüm Aydəmirov ANS-ə açıqlamasında bildirib.