Braziliyanın Pinheyro şəhərindəki həbsxanada baş verən qiyamda məhbuslar 55 yaşlı Xose Aqostino Pereyranı öldürüblər. Braziliyanın ən qorxunc manyaklarından biri sayılan Pereyranın başı bədənindən ayrılıb.
Ötən ilin iyununda həbs olunmuş Pereyra doğma qızına 19 il ərzində təcavüz etməkdə suçlanmışdı. Bu təcavüzlər nəticəsində 7 uşaq doğulmuşdu ki, onların ikisi də manyak Pereyranın zorakılıqlarına məruz qalmışdı.
Cinayətlərinə görə Pereyra 30 il müddətinə həbs edilmişdi.
Pinheyrodakı həbsxanada bir neçə məhbusun qaçmasının qarşısını alandan sonra qiyam başlanıb.
Bundan sonra məhbuslar hətta həbsxanada saxlanmağa layiq bilinməyən "məxluq" saydıqları adamların axırına çıxmaq qərarına gəliblər.
Onlar təcavüz və azyaşlıları zorlamaqda suçlanaraq həbs edilmiş məhbusların saxlandığı kameranın qapısını sındırıblar.
4 manyakın başı bədənindən ayrılıb, 2 manyak isə bıçaqlanaraq qətlə yetirilib.
//milli.az