Məhkəmə Tural Abbaslıya "yox" dedi

Məhkəmə Tural Abbaslıya "yox" dedi
Bütün Xəbərlər
12:25 17.05.2011
1509

Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib. Vəkil məhkəmə qərarından apellyasiya şikayətinin veriləcəyini bildirib.

Qeyd edək ki, İctimai Palatanın (İP) aprelin 2-də Bakının mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Tural Abbaslının barəsində məhkəmə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

APA



 

OXŞAR XƏBƏRLƏR