"Mənim Azərbaycanım" layihəsinin qalibi kim oldu? (EKSKLÜZİV)

GƏNCLİK
03:13 28.06.2011
1983

AZXEBER.COM-un məlumatına görə, 2 həftə davam edən fotomüsabiqədə ümumilikdə 57 şəkil iştirak edib. "İrəli" İctimai Birliyindən AZXEBER.COM-a verilən eksklüziv məlumata görə, müsabiqənin qalibi 3349 səslə Hüseyn Məmmədov olub. İkinci yerə 3159 səslə Rəfiqə Qasımova sahib çıxıb. Üçüncü isə 3153 səslə Vüqar Qasımzadə olub.

Xatırladaq ki, müsabiqənin qalibi-Apple iPad, II yerin sahibi-BlackBerry smartfonu, III yerin sahibi isə-Sony CyberShot fotokamerası qazanacaq. 

Qeyd edək ki, səslərin şəffaflığı təşkilatçılar tərəfindən tam yoxlanılıb (fake profillər hesaba alınmayıb)

1-ci yer Hüseyn Məmmədov
"We Love AZERBAIJAN" adlı foto 3349 səs


2-ci yer Rəfiqə Qasımova 
"Dünənim, Bugünüm, Sabahım" adlı foto 3159 səs

refiqe


3-cü yer Vüqar Qasımzadə
"Müqəddəs məkan və hər zaman yüksəklərdə dalğalanan bayrağımız" adlı foto 3153 səs

vuqar

OXŞAR XƏBƏRLƏR