Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan üç dəfə atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlinin ayaqlarından və başından xəsarət yetirib. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib.
Atışma zamanı daha bir nəfərin də güllələndiyi və ağır yaralı halda 3 saylı xəstəxanaya aparıldığı bildirilir.
Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən M.İbrahimli 2008-ci ildə 85 kq çəki dərəcəsində uşu üzrə Azərbaycan çempionu olub.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları Ç.Allahverdiyevi tutub. Sözügedən idarədən baş verən hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilib.
/// APA