Tədbir sabah saat 12.00-da Mətbuat Şurasında baş tutacaq.
Şuradan AZXEBER.COM-a verilən xəbərə görə, «Dəyirmi masa»da təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmsilçiləri, media ekspertləri və ziyalılar iştirakı nəzərdə tutulur.
Toplantıda Azərbaycanda söz və mətbuat azadlığı sahəsində hazırkı duruma nəzər salınacaq, mövcud istiqamətdə həyata keçirilən işlər təhlil olunacaq, problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadilələri aparılacaq.