Maaşından pul tutulanlara vacib xəbər - Vətəndaşlara 3 istiqamət üzrə…

Maaşından pul tutulanlara vacib xəbər - Vətəndaşlara 3 istiqamət üzrə…
İQTİSADİYYAT
12:37 26.11.2021
626
Bu il avqustun 23-dən oktyabrın 31-dək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhərindəki DOST mərkəzlərinin vahid əlaqələndirmə mərkəzlərində 44 vətəndaşa 51 xidmət göstərilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZXEBER.COM-a verilən məlumata görə, həmin xidmətlərin 30-u əlillik statusunun əldə olunması, 13-ü tibbi xidmətlər, 6-sı icbari tibbi sığorta və Xidmətlər Zərfi, 2-si isə COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı olub.

Vahid əlaqələndirmə mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin mərkəzlərində cari ilin avqustun 23-dən etibarən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.

Hazırda vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 21 qurumdan biri olan agentlik sözügedən kateqoriyalara aid vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərir.

Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir.

Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir. Eyni zamanda vətəndaşların Xidmətlər Zərfi ilə bağlı sualları ətraflı şəkildə cavablandırılır, icbari tibbi sığorta sistemindən istifadə qaydası izah edilir.

İkinci istiqamət immunoprofilaktika, yəni COVID-19 infeksiyası ilə bağlı sualların cavablandırılması, vaksinasiya haqqında lazımi informasiyanın və Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.

Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən "Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq agentliyin Tibbi planlama departamenti, DOST Agentliyinin DOST xidmətləri departamenti və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və həll edilməsi üçün tədbirlər görülür. Eyni zamanda agentliyin mütəxəssisləri əlillik statusu ilə bağlı cavab gözləyən və ya statusu əldə etmək üçün müraciət edən şəxslərə də lazımi köməkliyi göstərirlər.

Məlumata əsasən, vahid əlaqələndirmə mərkəzləri hazırda 1, 2, 3 və 4 saylı Bakı DOST mərkəzlərində, habelə Abşeron DOST Mərkəzində yerləşir. Həmin mərkəzlərdə agentliyin əməkdaşları vətəndaşlara xidmət göstərirlər. Vahid əlaqələndirmə mərkəzlərinə həftəiçi saat 9-dan 18-dək müraciət etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
23:50 21.10.2026
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
23:47 21.10.2026
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
23:43 21.10.2026
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq